Azerbaijani English French German Russian

MƏHSULLARIMIZ

ŞƏKİ HALVASI

17Bu əfsanəvi, dünyaca məşhur şirniyyatın hazırlanmasında düyü unu, su, şəkər, qoz və ya fındıq ləpəsi, ədviyyatlar istifadə olunur. Əvvəlcə su dəyirmanında üyüdülmüş düyü unundan xəmir yoğrulur. Xəmirin hazırlanmasına təxminən 1 saat vaxt sərf olunur. Una su hissə-hissə qatılaraq yoğrulur və xəmir duru hala çatdırılır. Hazırlanmış xəmir xüsusi qaba tökülür. Bu qab misdən hazırlanır və qif adlanır, üzərində 9 dəlik olur. Xəmir həmin qifdən ocaqda olan mis məcməyilərə süzülür. Bu riştə adlanır. 1-2 dəqiqədən sonra süzülmüş riştələr hazır olur və bunlar halvanın əsasını təşkil edir. 4-5 ədəd üst-üstə qoyulmuş riştələrdən sonra içlik vurulur. İçlik istəyə görə, ya üyüdülmüş qoz və ya fındıq ləpəsi və ədviyyatlardan (keşniş toxumu, hil) ibarətdir. İçlikdən sonra yenə 2-3 qat riştə qoyulur və halvanın qıraqları bükülür. Daha sonra zəfəran dəmləməsi ilə halvanın üzərinə bəzək vurulur. Sonra halva ocaqda olan mis tiyanın üzərinə məcməyidə bişirilməyə verilir. İki üzüdə bişdikdən sonra halvaya şərbət verilir. Şərbət şəkər tozu və sudan hazırlanır. İstəyə görə şərbəti arı balı ilə də əvəz etmək olar. Halva tam soyuduqdan sonra doğranıb qablaşdırılır.

 

QİYMƏTİ:  QOZ LƏPƏSİ İLƏ 1 KQ  8 AZN              FINDIQ LƏPƏSİ İLƏ 1 KQ  6 AZN                            SİFARİŞ ET

 

MİNDAL

1Mindalın hazırlanmasında təmizlənmiş qoz, fındıq və ya badam ləpəsi, kərə yağı, su, şəkər tozu istifadə olunur. Bu məmulat fatıl adlanan xüsusi mis qablarda hazırlanır. Həmin fatıla su və şəkər tozu tökülür və şərbət hazırlanır. Həmin şərbətin üzərinəqoz, fındıq və ya badam ləpəsi əlavə edilir və taxta qaşıqla qovrulur. Tam qovrulduqdan sonra ləpələrin üzərində şirə xarlayaraq qalır. Mindallar həm süd, həm də zəfəranlı şərbətlə hazırlanır. Beləliklə, mindal hazır olur və qablaşdırılır.

QİYMƏTİ: FINDIQLA: 1 KQ  12 AZN           QOZLA: 1 KQ  14 AZN           BADAMLA: 1 KQ  16 AZN      SİFARİŞ ET

   
ÇAY DƏSTGAHI NABAT

2Çay dəstgahı şirniyyatı isti çayın dadını özünəməxsus şəkildə dəyişir, tamı xüsusi ahənglə birləşərək içdiyiniz çayı əsrarəngiz hala gətirir. Çay dəstgahının hazırlanmasında şəkər tozu, su və müxtəlif rəngli təbii yeyinti boyalarından istifadə olunur. Şərbət qaynadılır və listə tökülür. Bir azca soyuduqdan sonra əllə dartılır və üstünə dəmlənmiş zəfəran çəkilir. Sonra saqqız halına düşən şərbət xüsusi aparatla doğranır və qablaşdırılır.

3Tərkibində su, şəkər tozu, müxtəlif tamlı təbii əsənslər olan bu şirniyyat növü süfrələrin bəzəyinə çevrilib.

QİYMƏTİ: 1 KQ  3 AZN                           SİFARİŞ ET QİYMƏTİ: 1 KQ  3 AZN                           SİFARİŞ ET
   
DÜYMƏ ŞİRNİ MANPASI

4Düymə şirninin hazırlanmasında yalnız şəkər tozu, su və qənnadı rəng boyalarından istifadə olunur. Şəkər tozu və sudan şərbət hazırlanır və şərbətin hazır olması qayda ilə yoxlanılır. Xüsusi qəliflərə şərbət verilir və 5-6 dəqiqədən sonra şirnilər yığılır və qablaşdırılır.

5Çay süfrəsinin əvəzolunmaz təamlarından biri də Manpasıdır. Manpası su, şəkər tozu, yeyinti boyası və dad müxtəlifliyi üçün istifadə olunan esensiyalardan hazırlanır. Manpası dadı ilə bərabər özünəməxsus rəngarəngliyi ilə bayram, yığıncaq, müxtəlif məclis süfrələrinin bəzəyinə çevrilir.

QİYMƏTİ: 1 KQ  3 AZN                           SİFARİŞ ET QİYMƏTİ: 1 KQ  3 AZN                           SİFARİŞ ET
   

ŞƏKİ ŞİRNİSİ

KÜNGÜTLÜ ARAXİS MİNDALI

6Şəki şirnisi Azərbaycanda Şəkiyə məxsusluğu ilə seçilən xüsusi şirniyyatlardan biridir. Sadə reseptə malik bu şirniyyatın hazırlanmasında tərkibindəki inqridiyentlər qədər ustalıq da çox önəmli sayılır. Bu şirninin hazırlanmasında su, şəkər tozu, yeyinti boyası, kakao və müxtəlif esensiyalardan istifadə olunur. Bişirilən məhlul xüsusi qəlibə tökülür və quruduqdan sonra müvafiq qayda ilə doğranaraq paketlənir. 7Bu mindalın hazırlanmasında araxis, küngüt, su və şəkər tozundan istifadə olunur.
QİYMƏTİ: 1 KQ  3 AZN                           SİFARİŞ ET QİYMƏTİ: 1 KQ  8 AZN                           SİFARİŞ ET
   
BAMİYƏ TÜRK BAMİYƏSİ

8Bamiyənin hazırlanmasında əla növ buğda unu, su, yumurta, şəkər tozu, qabartma tozu, duru yağdan istifadə olunur. Əvvəlcə isti su ilə un və yumurtadan xəmir yoğrulur. Sonra xəmir ət maşınının xüsusi bıçağından keçirilir. Eyni boyda olmaqla duru yağda bişirilir. Bişirildikdən sonra qaynar şərbətə salınır. Şərbətdə 10- 15 dəqiqə qaldıqdan sonra çıxarılır, yağı süzülür və qablaşdırılır.

9Türk bamiyəsinin hazırlanmasında un, bitki yağı, su, süd və şəkər tozundan istifadə olunur.

QİYMƏTİ: 1 KQ  3 AZN                           SİFARİŞ ET QİYMƏTİ: 1 KQ  4 AZN                           SİFARİŞ ET
   

TOY NOĞULU

BARAMA ŞİRNİ

10Toy noğulunun hazırlanmasında şəkər tozu, su, kişniş toxumundan istifadə olunur. Şəkər tozu və sudan şərbət hazırlanır. Şərbətə istəyə görə qənnadı boya vurulur. Dairəvi, həcimi boyük olan xüsusi qaba keşniş toxumu tökülür. Həmin qab yanan odun üzərində olur. Qab çalxalandıqca şirə keşniş toxumunun üzərinə yapışır və findıq boyda olduqda hazır olur. Toy noğulu hazır olduqda qablaşdırılır.
 

11Barama şirninin hazırlanmasında şəkər tozu, su, zəfəran istifadə olunur. Şərbət qaynadılır və listə tökülür. Bir azca soyuduqdan sonra əllə dartılır və üstünə dəmlənmiş zəfəran çəkilir. Sonra saqqız halına düşən şərbət xüsusi aparatla doğranır və qablaşdırılır.

QİYMƏTİ: 1 KQ  3 AZN                           SİFARİŞ ET

QİYMƏTİ: 1 KQ  3 AZN                           SİFARİŞ ET

   
BAKI PAXLAVASI DIM-DIM HALVASI

12Bakı paxlavasının hazırlanmasında: Un, Süd, Xama, Yumurta, Kərə yağı, istəyə görə qoz və ya fındıq ləpəsindən istifadə olunur. Xəmirin yoğrulması və içliyin hazırlanması şəkərburada olduğu kimidir.
Xəmir yayılır. Tavanın dibinə yağ sürtülür və xəmir qatı sərilib, üstünə içlik tökülür. İçliyin üzərinə ikinci xəmir qatı salınır, yağ sürtülüb yenidən içlik tökülür və bu qayda 8-10 qata qədər davam etdirilir. Sonra paxlava romb şəklində kəsilir, üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkilir. Hər paxlavanın ortasına ləpə qoyulur. Paxlava qızdırılmış sobada 35-40 dəqiqə bişirilir. Hazır olmağa 15 dəqiqə qalmış üstünə şərbət tökülür. Əliəhməd Şirniyyat Evində kakaolu Bakı paxlavası da hazırlanır.

21Şəkinin qədim şirniyyat növlərindən olan bu halva növü indi yeni üslübda hazırlanır. Bu şirniyyatın hazırlanmasında düyü unu, şəkər tozu, badam ləpəsi, kərə yağı, su və zəfərandan istifadə olunur. Və yalniz Əliəhməd Şirniiyat Evində bu məhsulun şokoladlı novü də hazırlanır.

QİYMƏTİ: 1 KQ  10 AZN                           SİFARİŞ ET QİYMƏTİ: 1 KQ  10 AZN                           SİFARİŞ ET
   
KƏHRƏBA PAXLAVASI NUXA PAXLAVASI

14Özünəməxsus dadı ilə fərqlənən Kəhrəba paxlavası yalnız Əliəhməd Şirniyyat Evinə məxsus bir şirniyyatdır. Bu şirniyyatın hazırlanmasında hind qozu, qoz ləpəsi, su, kərə yağı, şəkər tozu və yumurtadan istifadə olunur.

 

15Şəkinin qədim adını özündə yaşadan bu şirniyyat növü də yalnız Əliəhməd Şirniyyat Evinə məxsusdur. Tərkibində hind qozu, badam ləpəsi, kakao, kərə yağı, su, yumurta, şəkər tozu və şokolad olan bu paxlavanın özünəməxsus dadı var.

 

QİYMƏTİ: 1 KQ  10 AZN                           SİFARİŞ ET QİYMƏTİ: 1 KQ  10 AZN                           SİFARİŞ ET
   
ŞƏRBƏT HALVA QURABİYƏ

20Dadı ilə seçilən şərbət halvanın hazırlanmasında su, kərə yağı, şəkər tozu, fındıq və ya qoz ləpəsi, süd, qatılaşdırılmış süd və kişmişdən istifadə olunur.

 19Gözəl dadı ilə fərqlənən bu şirniyyatın hazırlanmasında düyü unu,qoz ləpəsi,xurma,kend yumurtası və kokosdan istifadə olunur.

QİYMƏTİ: 1 KQ  6 AZN                           SİFARİŞ ET

QİYMƏTİ: 1 KQ  -- AZN                           SİFARİŞ ET

 

Tel Halva, QırmaBadam, PEşvəng Halva

16“Əliəhməd” şirniyyat evində hazırlanan digər halvalardan biri də tel halvadır. Tel halvanın hazırlanmasında kərə yağı, şəkər tozu, əla növ buğda unu istifadə olunur. Əvvəlcə buğda unu kərə yağında qovrulur və buna adırğa deyilir. Sonra şərbət hazırlanır. Şərbətin hazırlanmasına xüsusi diqqət ayrılmalıdır. Onu da qeyd etmək lazımdır ki, hər şirniyyatın şərbətinin hazırlanma vaxtı eyni olmur. Elə şərbət var ki, az vaxta hazır olur, eləsi də var ki, çox vaxt aparır. Həmin hazırlanmış şərbət xüsusi dəmir listlərə tökülür və soyudularaq saqqız halına salınır. Sonra həmin şərbətə əvvəlcədən hazırlanmış adırğa yeridilir. Şərbət ilə adırğa tam bir-birinə qatılandan sonra o tel halına düşür. Tərkibində kərə yağı olduğu üçün yay mövsümündə tel halvanın hazırlanması mümkün olmur. Onun istiyə davamı olmur və soyuducuda qalmağı qeyri mümkün olur. Tel halva, peşvəng və qırmabadamın hazırlanması Şəkinin şirniyyat sexlərində yalnız soyuq hava şəraitində mümkün olur.

Peşvəng halvasının hazırlanmasında düyü unu, kərə yağı, şəkər tozu, su və ədviyyatlardan istifadə olunur.

Qırmabadamın hazırlanmasında isə düyü unu, şəkər tozu, fındıq ləpəsi və ədviyyatlardan istifadə olunur.

Qeyd: Bu şirniyyat növləri isti havaya həssas olduqları üçün yalnız ilin soyuq aylarında mövsümü olaraq hazırlanır.

 

TEL HALVA: 1 KQ  8 AZN          QIRMABADAM: 1 KQ  8 AZN          PEŞVƏNG HALVA: 1KQ  8 AZN           SİFARİŞ ET