Azerbaijani English French German Russian

HAQQIMIZDA

halvaaboutTarixən yemək qayğıları, azuqə ehtiyacı insanın zehni düşüncəsini əsrlər boyu məşğul etməklə, onu daim düşünməyə, aramsız axtarışlara sövq etmişdir. Bu əbədi həyati təlabatdan irəli gələn əməli səylər tarixdə ən böyük ixtisarların mayası olmuş, mədəni-texniki tərəqqiyə cığır açmışdır.
Ərzaq məhsullarının əldə edilməsi, onların emalı, saxlanılması və bişirilmə üsulları sahəsində Azərbaycan xalqı zəngin təcrübə əldə etmişdir. Bu böyük mədəni irsin yaranmasında şəkililərində əməyi az olmamışdır. Xüsusi olaraq milli kaloriti ilə seçilən ənənəvi Şəki mətbəxi Azərbaycanın maddi mədəniyyətini xeyli zənginləşdirmişdir."Əliəhməd" Şirniyyat EviŞəkidə XX əsrin 50-ci illərində Əliəhməd Əliəkbər oğlu Qaffarov Şəki halvası istehsal edən şirniyyat evi yaradır. İlk illər kiçik olan bu şirniyyat evində ilk əvvəl özü və ailə üzvləri çalışırdı. Qədim ənənələri qoruyaraq və sırf özünə məxsus resptlə hazırlanan şirniyyatlar nəinki Şəkidə, ətraf rayonlarda da məşhurlamağa başlayır. Səliqa səhmanı, müştərilərə davranışı onun sonraki fəaliyyətinə təkan göstərdi. Hətta öz xüsusi dadı və keyfiyəti ilə Şəkiyə gələn turistləridə şirniyyat evlərinə cəlb edir. Şəki halvası və digər Şəki şirniyyatları ölkəmizdən kənardada tanınır. Əliəhməd şirniyyat evi bir neçə diplom və fəxri fərmanlarla təltif edilmiş və beynəlxalq ənənəvi şirniyyat festivallarında dəfələrlə I yerə layiq görülmüşdür. Ailə üzvlərindən ortancıl oğlu olan Qaffarov Məmmədsaleh Əliəhməd oğlu bu işdə atasına yorulmadan kömək edir və işin incəliklərini öyrənirdi. Oğlu atasının əl qabiliyyətinə bələd idi və atasının mükəmməl əl qabiliyyətini örgənmək həvəsində idi. Əsl Şəki halvasının və şirniyyatların  dadını Azərbaycana tanıdan halvaçı Əliəhməd 2003-cü ilin mayın 16 da vəfat etmişdir. Əliəhməd Əliəkbər oğlu Qaffarovun vəftından sonra onun əl işini mükəmməl mənimsəyən oğlu Qaffarov Məmmədsaleh Əliəhməd oğlu dəvam etdirir. O, iftixarla atsaının işini dəvam etdirir və bir çox nailiyyətlər eldə etmişdir. Hal-hazırda ən böyük arzusu atasından qalan bu böyük sənətdə işini dahada inkişaf etdirməkdir.

Şəkidə xx əsrin 50-ci illərində Əliəhməd Əliəkbər oğlu Qaffarov Şəki halvası istehsal edən şirniyyat evi yaradır. İlk illər kiçik olan bu şirniyyat evində ilk əvvəl özü və ailə üzvləri çalışırdı. Qədim ənənələri qoruyaraq və sırf özünə məxsus resptlə hazırlanan şirniyyatlar nəinki Şəkidə, ətraf rayonlarda da məşhurlamağa başlayır. Səliqa səhmanı, müştərilərə davranışı onun sonraki fəaliyyətinə təkan göstərdi. Hətta öz xüsusi dadı və keyfiyəti ilə Şəkiyə gələn turistləridə şirniyyat evlərinə cəlb edir. Şəki halvası və digər Şəki şirniyyatları ölkəmizdən kənardada tanınır. Əliəhməd şirniyyat evi bir neçə diplom və fəxri fərmanlarla təltif edilmiş və beynəlxalq ənənəvi şirniyyat festivallarında dəfələrlə I yerə layiq görülmüşdür. Ailə üzvlərindən ortancıl oğlu olan Qaffarov Məmmədsaleh Əliəhməd oğlu bu işdə atasına yorulmadan kömək edir və işin incəliklərini öyrənirdi. Oğlu atasının əl qabiliyyətinə bələd idi və atasının mükəmməl əl qabiliyyətini örgənmək həvəsində idi. Əsl Şəki halvasının və şirniyyatların  dadını Azərbaycana tanıdan halvaçı Əliəhməd 2003-cü ilin mayın 16 da vəfat etmişdir. Əliəhməd Əliəkbər oğlu Qaffarovun vəftından sonra onun əl işini mükəmməl mənimsəyən oğlu Qaffarov Məmmədsaleh Əliəhməd oğlu dəvam etdirir. O, iftixarla atsaının işini dəvam etdirir və bir çox nailiyyətlər eldə etmişdir. Hal-hazırda ən böyük arzusu atasından qalan bu böyük sənətdə işini dahada inkişaf etdirməkdir.

QAFFAROV MƏMMƏDSALEH ƏLİƏHMƏD OGLU

100

101

1963-cü ildə Şəki şəhərində anadan olub. Şirniyyatçı Əliəhməd kişinin layiqli davamçısı. Əliəhməd Şirniyyat Evinin bu səviyyəyə çatmasında çox böyük  zəhməti olub. Məhz onun rəhbərliyi altında şirniyyatlarımız  müxtəlif festivallarda daima birinci yerə layiq görülüb. Bu səbəbdən Şəki paxlavasının və Şəki şirniyyatlarının tək Azərbaycanda deyil, ölkəmizdən kənarlarda da taninmasında böyük rolu olub. Şəkinin qədim  şirniyyatlarından olan Dım-Dım halvasının yeni üsulla bişirilməsi, artıq süfrələrimizin bəzəyinə çevrilən Kəhrəba və Nuxa paxlavaları onun şirniyyat dunyasına  töhfəsidir.  Güclü şirniyyatçı olması ilə yanaşi həm də tanınmış sahibkar, böyük ürəyə malik, gözəl xasiyyətli insan və ən əsası böyük  XEYRİYYƏÇİ  olub. 2019-cu ildə vəfat edib. Aramızda olmasada daima ürəklərimizdə yaşayacaq.