QAFFAROV MƏMMƏDSALEH ƏLİƏHMƏD OGLU
1963-cü ildə Şəki şəhərində anadan olub. Şirniyyatçı Əliəhməd kişinin layiqli davamçısı. Əliəhməd Şirniyyat Evinin bu səviyyəyə çatmasında çox böyük zəhməti olub. Məhz onun rəhbərliyi altında şirniyyatlarımız müxtəlif festivallarda daima birinci yerə layiq görülüb. Bu səbəbdən Şəki paxlavasının və Şəki şirniyyatlarının tək Azərbaycanda deyil, ölkəmizdən kənarlarda da taninmasında böyük rolu olub. Şəkinin qədim şirniyyatlarından olan Dım-Dım halvasının yeni üsulla bişirilməsi, artıq süfrələrimizin bəzəyinə çevrilən Kəhrəba və Nuxa paxlavaları onun şirniyyat dunyasına töhfəsidir. Güclü şirniyyatçı olması ilə yanaşi həm də tanınmış sahibkar, böyük ürəyə malik, gözəl xasiyyətli insan və ən əsası böyük XEYRİYYƏÇİ olub. 2019-cu ildə vəfat edib. Aramızda olmasada daima ürəklərimizdə yaşayacaq.